Elmin Xəlilzadə, saxlanılan şəxs
21 avqust 2021 18:48 (UTC +04:00)

Elmin Xəlilzadə, saxlanılan şəxs

Polisdən yayına bilmədi: Üzərindən “patı” çıxdı

0

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Elmin Xəlilzadə saxlanılıb. 

Üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin (“patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2260

Oxşar yazılar