Narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Lətif Bağışov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 540 qram marixuana aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı L.Bağışovun Masallı şəhəri ərazisindəki istifadəsiz tikilidə gizlətdiyi ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
_1687239819.jpeg)
