Gəncədə 21 yaşlı qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, İsgəndərova Aytən Mövsüm qızı yanvarın 30-da şəhərin Həsən Əliyev küçəsi, ev 69 ünvanında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə onun əkiz bacısı Ayşən isgəndərova Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.
Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.