Kənddə 41 min manatlıq  inək oğurladı
06 sentyabr 2022 12:27 (UTC +04:00)

Kənddə 41 min manatlıq inək oğurladı

0

Gədəbəydə çoxlu sayda mal-qara oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Çökək Yurd adlanan ərazidə baş verib. Çanaqçı və Nərimankənd kənd sakinləri olan 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inəyin oğurlanması barədə Gədəbəy rayon Polis Şöbəsinə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Abdurrəhmanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2044

Oxşar yazılar