"Jiquli" traktorla toqquşdu: ölən var
26 iyun 2024 17:13 (UTC +04:00)

"Jiquli" traktorla toqquşdu: ölən var

0

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qiyamadınlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Vaz” markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə zamanı həyatını itirib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan şəxslərin şəxsiyyəti müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2943

Oxşar yazılar