Ağdam rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərənləri müəyyən edib.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad olunmuş Ağdam rayonun ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Araşdırmalarla onların Ağcabədi rayon sakinləri Elvin Şükürov və Dayandur Quliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.