Evləri qarət edən keçmiş məhkumlar tutuldu -  FOTO
15 yanvar 2021 10:59 (UTC +04:00)

Evləri qarət edən keçmiş məhkumlar tutuldu - FOTO

0

Yanvarın 6-dan 14-dək Balakən şəhəri ərazisində yerləşən üç evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar - Balakən şəhər sakinləri, əvvəllər hər ikisi məhkum olunmuş Fərid Qazaxov və Elçin Yusifov qanunsuz yollarla daxil olduqları evlərdən televizor, su qızdırıcıları, su nasosları, müxtəlif məişət əşyaları oğurlayaraq onların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Həmin əşyalar tapılaraq  maddi sübut kimi istintaqa təqdim olunub.

Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1254

Oxşar yazılar