Azərbaycanda DƏHŞƏT: Oğul anasına çoxlu bıçaq zərbəsi vurdu
30 yanvar 2020 09:56 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: Oğul anasına çoxlu bıçaq zərbəsi vurdu

0

Abşeron rayonunda oğul anasını bıçaqlayıb.

Bu barədə məlumatı Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib. Onun sözlərinə görə, yanvarın 29-da saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yataqxanaların birində yaşayan 55 yaşlı Səlmirə Nəqiyevanın bıçaqlanması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin Səlmirə Nəqiyevanın oğlu – 24 yaşlı Nazim Nağıyev tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla S.Nəqiyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Nazim Nağıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hazırda S.Nəqiyevanın vəziyyəti ağır qiymətlədirilməklə stasionar şəraitdə müalicəsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2445

Oxşar yazılar