Bakıda "Jiquli"ni oğurlayıb sökdülər
24 sentyabr 2024 13:16 (UTC +04:00)

Bakıda "Jiquli"ni oğurlayıb sökdülər

0

Sentyabrın 22-də paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Sabirabad rayonunda S.Bağırovun həyətində sökülmüş vəziyyətdə tapılıb.

S.Bağırov şübhəli şəxs qismində saxlanılıb. 

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar R.Məmmədov və Ş.Hüseynov da müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2563

Oxşar yazılar