Bakı sakini Lənkəranda maşını aşırdı:  Özü və arvadı yaralandı  - biri reanimasiyadadır
24 mart 2026 13:45 (UTC +04:00)

Bakı sakini Lənkəranda maşını aşırdı: Özü və arvadı yaralandı - biri reanimasiyadadır

0

Lənkəranda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza yeni Ələt–Astara magistralının 161-ci kilometrliyində, Lənkəran rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 35 yaşlı Faiq Məmmədlinin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb.

Qəza nəticəsində sürücü və həyat yoldaşı 36 yaşlı Bakı şəhər sakini Xanım Məmmədli yaralanıblar. Onlar Lənkəran xəstəxanasına hospitalizasiya olunublar. Qadın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda yol qəzasında ər-arvad xəsarət alıb - FOTO

Lənkəranda yol qəzasında ər-arvad xəsarət alıb - FOTO

Lənkəranda yol qəzasında ər-arvad xəsarət alıb - FOTO

Lənkəranda yol qəzasında ər-arvad xəsarət alıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar