Azərbaycanda FİLM KİMİ  cinayət: 3 nəfər bıçaqlandı, biri öldü - YENİLƏNİB
24 noyabr 2021 16:20 (UTC +04:00)

Azərbaycanda FİLM KİMİ cinayət: 3 nəfər bıçaqlandı, biri öldü - YENİLƏNİB

0

Ötən gün Salyanda baş verən qətllə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Babazanlı qəsəbəsində qeydə alınıb. 3 nəfər arasında düşən mübahisə qanla nəticələnib.

Belə ki, mübahisə zamanı rayon sakini, 29 yaşlı Səbuhi Qasımov qəsəbə sakini, keçmiş məhkum, 29 yaşlı Mirsadiq Bəbirovun kürək nahiyəsinə bıçaq zərbəsi vurub. Daha sonra o, 30 yaşlı Tural Nəzirovun da əlinə bıçaqla xəsarət yetirib. Bundan sonra T. Nəzirov bıçağı Səbuhinin əlindən alaraq, onun sinəsinə sancıb. Səbuhi Qasımov xəstəxanaya aparılarkən yolda ölüb.

T. Nəzirov və M. Bəbirov isə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla əlaqədar Salyan rayon Prokurorluğunda cinayət işi başlanıb.

***

23 noyabr saat 22:44

Salyanda 29 yaşlı kişi qətlə yetirilib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Salyan rayonunun Babazanlı kəndində qeydə alınıb. 

Münaqişə zəminində Salyan rayon sakini, 1991-ci il təvəllüdlü Nəzirov Tural Əsgərağa oğlu həmyerlisi 1992-ci il təvəllüdlü Səbuhi Sərdar oğlu Qasımovu ürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8895

Oxşar yazılar