Cəlilabadda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Musalı kəndində baş verib. 55 yaşlı Əmənov Rabil Əlibala oğlu idarə etdiyi "VAZ-21063" markalı avtomobillə həmin kənd sakini 5 yaşlı Fərəcli Ceyhun Canəli oğlunu vurub. Nəticədə azyaşlı Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.