Qanunsuz gətirilən dərmanlar
09 mart 2021 12:36 (UTC +04:00)

Qanunsuz gətirilən dərmanlar

Azərbaycana xaricdən dərman gətirilməsinin qarşısı alındı

0

Azərbaycandan tranzit keçməklə Rusiyaya göyərti aparan, həmin ölkə vətəndaşının idarə etdiyi "Renault" markalı yük avtomobili "Astara" gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, yük nəqliyyat vasitəsinə rentgen qurğusunda baxış zamanı dartıcıda şübhəli cizgilər müşahidə edilib.

Gömrük yoxlaması zamanı avtomobilin kabinasında - tavanın üzərində olan boşluqda gömrük nəzarətindən gizlədilən 1900 həb müxtəlif adda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1435

Oxşar yazılar