Anası xəstəlikdən ölən qızın meyiti tapıldı
03 sentyabr 2024 15:05 (UTC +04:00)

Anası xəstəlikdən ölən qızın meyiti tapıldı

0

Rusiyanın Nijni Tagil şəhərində iki gün əvvəl itkin düşən 11 yaşlı məktəblinin meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, uşağın meyiti Yunost küçəsindəki evlərdən birinin zirzəmisində aşkar edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Məlumata görə, polislər avqustun 31-dən məktəbli qızı axtarıblar.

Hazırda polis intihar da daxil olmaqla bir neçə versiyanı araşdırır. Cinayət işi çərçivəsində şahidlər dindirilib.

Qeyd olunur ki, qızın anası 1 ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib və atası ilə birgə yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2909

Oxşar yazılar