Yol kənarında maşınla vurulanlardan biri öldü
11 mart 2020 12:07 (UTC +04:00)

Yol kənarında maşınla vurulanlardan biri öldü

0

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə martın 10-da saat 12 radələrində rayonun Aslanbəyli kəndi ərazisində olub. Rayon sakini O.Dərgahquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakinləri Ziyad Nəsibovu və Z.Məmmədovu vurub. Nəticədə onlar xəsarətlə xəstəxanaya yerləşdirilib, Z.Nəsibov orada ölüb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1301

Oxşar yazılar