Rusiyadan siqaret gətirilməsinin qarşısı alındı
22 yanvar 2020 12:46 (UTC +04:00)

Rusiyadan siqaret gətirilməsinin qarşısı alındı

0

Ölkəyə qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Rusiyadan piyada gələn Azərbaycan vətəndaşı "Samur" gömrük postunda saxlanılıb. Onun əl yüklərinə rentgen aparatı ilə gömrük baxışı keçirilən zaman şübhəli cizgilər müşahidə olunub.

Yoxlama nəticəsində əl çantasında olan ərzaq məhsullarının arasında gömrük nəzarətinə bəyan olunmayan 1000 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1158

Oxşar yazılar