Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanıldı
03 fevral 2020 19:36 (UTC +04:00)

Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanıldı

0

 

Rusiyada adam öldürən şəxs Azərbaycanda saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən  məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan E.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 ədəd ov bıçağı aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun tanışı K.Babayevin Suraxanı rayonu ərazisində yaşadığı evdə gizlətdiyi nömrəsi silinmiş, qundağı və lüləsi kəsilmiş “İJ-58 M” markalı tüfəng və 4 ədəd patron da aşkar edilərək götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1149

Oxşar yazılar