Qəsəbə sakininin evindən külli miqdarda heroin tapıldı
09 mart 2020 17:26 (UTC +04:00)

Qəsəbə sakininin evindən külli miqdarda heroin tapıldı

0

Qaradağ rayon sakinindən külli miqdarda narkotik maddə götürülüb.

Lent.az DİN-in Mətbuat xidmətinə istinadla xəbər verir ki, Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçiriblər.

Nəticədə Sahil qəsəbə sakini M.Zeynalovun yaşadığı evə baxış zamanı 2 kiloqram 35 qram heroin, idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı 277 qramdan artıq heroin və 21qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1069

Oxşar yazılar