İmişlidə 22 baş xırdabuynuzlu heyvan oğurlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Lent.az-a verilən məlumata görə, yanvarın 3-də rayon sakini Röyal Qasımovun 22 baş xırdabuynuzlu heyvanı oğurlanıb. Zərərçəkmiş bu barədə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş İlkin Hüseynov, Fəxri Gözəlov və Zaur Yadigarov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan xırdabuynuzlu heyvanların müəyyən bir qismi maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.
Aparılan araşdırmalar nəticəsində həmin şəxslərin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Onların ötən il noyabr ayının 21-də vətəndaşa məxsus 2 baş iribuynuzlu heyvanı oğurladığı da məlum olub.