Parkda itən azyaşlı qız tapıldı
04 mart 2020 17:29 (UTC +04:00)

Parkda itən azyaşlı qız tapıldı

0

Qusarda itkin düşən azyaşlı qız tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Qusarda yerləşən parkların birində 3 yaşlı qız itkin düşüb. Bu barədə Quba rayon Xucbala kənd sakini S.Seyidova Qusar rayon Polis Şöbəsinə müraciət edib. O, etdiyi müraciətində 2 övladı ilə parkda gəzərkən 3 yaşlı qızı Mələyin itkin düşdüyünü bildirib.

Müraciətlə əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ərazidə axtarışlara başlanılıb və keçirilmiş tədbirlər nəticəsində azyaşlı qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1047

Oxşar yazılar