Ötən gün Azərbaycanda borcu olan 40 nəfər saxlanıldı
11 mart 2020 12:52 (UTC +04:00)

Ötən gün Azərbaycanda borcu olan 40 nəfər saxlanıldı

0

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 26 cinayətin üstü “isti izlər”lə açılıb.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.   

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4330

Oxşar yazılar