Narkotik alveri ilə məşğul olan 3 nəfər saxlanıldı
31 yanvar 2020 10:43 (UTC +04:00)

Narkotik alveri ilə məşğul olan 3 nəfər saxlanıldı

0

Biləsuvarda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının saxladığı rayon sakini Nahid Səliflinin üzərinə keçirilən baxış zamanı ondan 100 qram çəkidə narkotik vasitə heroin, 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri ilə rayon ərazisində saxlanılan Bakı şəhəri, Binəqədi rayon sakini İntiqam Abbasovdan 7,5 qram narkotik vasitə tiryək, 6,5 qram qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla İ.Abbasovun narkotik vasitələri Biləsuvar şəhər sakini Bəhruz Şahbazovdan əldə etdiyi müəyyən edilib. B.Şahbazov idarə etdiyi “BMW” markalı avtomobillə saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. Keçirilən baxış zamanı onun üzərindən, avtomobilindən və yaşadığı evdən ümumilikdə 15 qramdan artıq tiryək, 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Biləsuvar rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1250

Oxşar yazılar