Narkotik alveri edən keçmiş məhkum tutuldu
21 yanvar 2020 19:05 (UTC +04:00)

Narkotik alveri edən keçmiş məhkum tutuldu

0

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bərdə RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdborakı kənd sakini, əvvəllər məhkum olunmuş S.Mehdiyev tutulub. Şəxsi axtarış zamanı ondan 19 qramdan artıq marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 1 kiloqram 770 qram marixuana aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 800

Oxşar yazılar