Maska taxılması tələb olunan ictimai yerlər
23 noyabr 2020 10:47 (UTC +04:00)

Maska taxılması tələb olunan ictimai yerlər

0

Daxili İşlər Nazirliyi açıq havada maska taxılması barədə müraciət edib.

Lent.az xəbər verir ki, müraciətdə küçə, prospekt, park və məhəllədaxili yerlərdə, habelə iki və daha çox adamın birgə olduğu yerin ictimai yer hesab olunduğu bildirilir:

"Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

İctimai yerlərə insanların daha çox olduğu - küçə, prospekt, park, məhəllədaxili yerlər daxildir. Başqa sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Yəni, iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur.

Qaydaların qapalı yerlərlə yanaşı, açıq hava altında olan istifadəsi məcburi xarakter daşıdığına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2481

Oxşar yazılar