Maşından  külli miqdarda narkotik tapıldı
16 mart 2020 19:39 (UTC +04:00)

Maşından külli miqdarda narkotik tapıldı

1

 

 

Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları əldə edilən məlumat əsasında əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini V.Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın marixuana aşkar edilərək götürülüb.

Onun idarə etdiyi “VAZ-21011” markalı avtomobildə isə 1 kiloqram 120 qram marixuana aşkar edilib.

Polis əməkdaşları narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini V.İsazadəni də saxlayıb.  Onun evindən heroin aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1081

Oxşar yazılar