Bakıda mənzillərdən 11 min manatlıq oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-dən 25-dək olan müddətdə rayon ərazisindəki 4 evdən 3050 manat, 300 dollar və 6400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.