İtkin düşən daha 3 nəfər tapıldı
06 mart 2020 09:02 (UTC +04:00)

İtkin düşən daha 3 nəfər tapıldı

0

Ötən gün Bakı polisi tərəfindən 25 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 19 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 896

Oxşar yazılar