İstixanada gözətçinin yanmış meyiti tapıldı
12 fevral 2020 13:00 (UTC +04:00)

İstixanada gözətçinin yanmış meyiti tapıldı

0


Şəmkirdə istixana yanıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonunun Qədimqala kəndində, istixana ərazisində ümumi sahəsi 12 m² olan gözətçi otağının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 50 m² olan qazanxananın dam örtüyü 10 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı gözətçi otağında 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Cabir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Qazanxanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2699

Oxşar yazılar