Nəqliyyatda Baş Polis İdarəsi, Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi və Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da 2 qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Z.Əliyeva saxlanılıb.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun daha iki qadının içərisində, ümumilikdə 315 manat və bank kartı olan çantasını oğurlaması da müəyyən edilib.