Gömrükçülər 2 tondan çox narkotik vasitə aşkar ediblər
30 yanvar 2020 18:11 (UTC +04:00)

Gömrükçülər 2 tondan çox narkotik vasitə aşkar ediblər

0

2019-cu ildə gömrük orqanları 13443 hüquqpozma faktı aşkarlayıb.

Lent.az bildirir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Komitənin 2019-cu il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclasında deyib:

“Gömrük orqanlarının ən vacib fəaliyyət sahələrindən biri qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Ötən il 13443 hüquqpozma faktı aşkarlanıb və bunlardan 866-sı cinayət xarakterli faktlar olub. Aşkarlanan cinayət xarakterli faktların əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağldır. 2 tondan çox narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Dəyəri 300 milyon dollardan artıq mal qaçaqmalçılıq yolu ilə gətirilərkən aşkarlanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1147

Oxşar yazılar