Gecə klubunda narkotik satan şəxs saxlanıldı
03 fevral 2020 09:31 (UTC +04:00)

Gecə klubunda narkotik satan şəxs saxlanıldı

0

Bakıda narkotik maddə satan şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 27 yaşlı İ. Rzayev saxlanılıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Rzayevə narkotik maddəni satan R. Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb.

Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket metidioksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket anmetamfetamin aşkar edilib.

Hər iki şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1179

Oxşar yazılar