Çox sayda dərman və kosmetik əşyalar Azərbaycana buraxılmadı - FOTO
03 fevral 2020 14:54 (UTC +04:00)

Çox sayda dərman və kosmetik əşyalar Azərbaycana buraxılmadı - FOTO

0

Qanunsuz gətirilən dərman vasitələri və digər əşyalarin ölkəyə keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz Travego 17 SHD" markalı nəqliyyat vasitəsi "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.

Sürücü maşında gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda gömrük orqanlarına bəyan olunmamış müxtəlif adda 930 kapsul dərman preparatları, 4 ədəd üzərində "Smart connect", 5 ədəd "Upi watch" yazısı olan qol saatları, müxtəlif kosmetik əşyalar və sənaye malları aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1380

Oxşar yazılar