Borclu olan 29 nəfər saxlanıldı
31 yanvar 2020 11:49 (UTC +04:00)

Borclu olan 29 nəfər saxlanıldı

0

Respublikanın daxili işlər orqanları dünən  gün ərzində törədilən 33 cinayətin üstünü “isti izlər”lə açıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1093

Oxşar yazılar