Borclu kimi axtarışda olan 43 nəfər saxlanıldı
12 mart 2020 12:09 (UTC +04:00)

Borclu kimi axtarışda olan 43 nəfər saxlanıldı

0

Respublikanın daxili işlər orqanları martın 11-də törədilən 33 cinayətin üstünü “isti izlər”lə açıb.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 62 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.   

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1184

Oxşar yazılar