Bakıya qonaq gələn Çin vətəndaşının pulu oğurlandı
03 fevral 2020 10:17 (UTC +04:00)

Bakıya qonaq gələn Çin vətəndaşının pulu oğurlandı

0

Bakıda əcnəbinin pulu və qızıl əşyası oğurlanıb.

Lent.az-ın məlumatına görə, hadisə barədə paytaxt sakini Rövşən Piriyev Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, müraciətində bildirib ki, təxminən 1 aya yaxındır evində qonaq olan Çin vətəndaşı, 48 yaşlı Aerziquli Halili ilə birlikdə özünə məxsus "Kia Optima" markalı avtomobillə Şərifli küçəsində yerləşən idman zalına gedib.

İdman zalından çıxanda avtomobilinin yan şüşəsinin sındırıldığını və Çin vətəndaşına məxsus 400 manat pulun və qızıl qolbağın oğurlandığını görüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 820

Oxşar yazılar