Bakıda yol polisinə hücum olub
31 yanvar 2020 15:25 (UTC +04:00)

Bakıda yol polisinə hücum olub

0

Bakıda yol polisinə hücum olub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə,
yanvarın 31-də saat 10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə Yol Patrul Xidmətinin müfəttişləri “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilini saxlayıblar. 

Bu zaman 25 yaşlı Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin Yoli Polis Xidmətinin müfəttişi polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2479

Oxşar yazılar