Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, ümumi sahəsi 681 m² olan ikimərtəbəli mansarda tipli evin yanar konstruksiyaları 76 m² sahədə yanıb. Evə bitişik ümumi sahəsi 81 m² olan talvarın taxtadan ibarət tavanı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın Qazaxda qeydə alınıb.
Rayonda ümumi sahəsi 150 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 38 m² sahədə və çardağı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.