Bakıda mənzillərdən oğurluq edən şəxs tutuldu
31 yanvar 2020 18:54 (UTC +04:00)

Bakıda mənzillərdən oğurluq edən şəxs tutuldu

0

 

Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-dən bu il yanvarın 30-dək olan müddətdə Ramana qəsəbəsindəki evlərin birindən 700 manat və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Səlimov saxlanılıb.

Onun yanvarın 28-də daha bir evdən pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1066

Oxşar yazılar