Bakıda axtarışda olan 38 nəfər tapıldı
12 mart 2020 09:49 (UTC +04:00)

Bakıda axtarışda olan 38 nəfər tapıldı

0

Ötən gün Bakı polisi tərəfindən 18 cinayətin üstü açılıb.

Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Xuliqanlıq üzrə 11, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 38 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar