Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Şahbəndiyeva yanvarın 27-də Salyan yolu küçəsində bir nəfərin ona zor tətbiq edərək içərisində 90 manat, sənəd və bank kartı olan çantasını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Rəcəbov müəyyən edilərək saxlanılıb.