Azərbaycandan külli miqdarda dollar çıxarılmasının qarşısı alındı
16 sentyabr 2020 14:11 (UTC +04:00)

Azərbaycandan külli miqdarda dollar çıxarılmasının qarşısı alındı

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın bəyan edilmədən Azərbaycanın gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Dubay aviareysi ilə gedən Gürcüstan vətəndaşı saxlanılıb.

Sərnişin gömrük nəzarəti zonasına daxil olarkən valyutanı gömrük orqanına əvvəlcədən şifahi, elektron və ya yazılı formada bəyan etməyib.

Ona məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edildiyindən, çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı əl çantasının ciblərində, gömrük nəzarətinə bəyan edilməyən 53 000 dollar aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4587

Oxşar yazılar