Azərbaycanda əcnəbi vətəndaşın ölməsi ilə bağlı cinayət işi açılıb
04 fevral 2020 09:17 (UTC +04:00)

Azərbaycanda əcnəbi vətəndaşın ölməsi ilə bağlı cinayət işi açılıb

0

Sumqayıtda əcnəbi vətəndaşın mənzildə ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Lent.az-ın məlumatına görə, Hindistan vətəndaşı, 25 yaşlı Ranjit Surjit Kumar oğlunun dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ölüm hadisəsi ötən gün şəhərin 21-ci məhəlləsində qeydə alınıb. 

İki həftə bundan öncə Sumqayıta gələn Ranjit Surjit Kumar oglu kirayədə qaldığı evin hamamında dəm qazından boğularaq olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 908

Oxşar yazılar