Azərbaycana İrandan narkotik gətirən Pakistan vətəndaşı saxlanıldı
30 yanvar 2020 12:29 (UTC +04:00)

Azərbaycana İrandan narkotik gətirən Pakistan vətəndaşı saxlanıldı

0

Azərbaycana narkotik maddə keçirmək istəyən xarici vətəndaş tutulub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 1 kiloqramdan artıq heroini aşkar edərək qanunsuz dövriyyədən çıxarıb. Biləsuvar gömrük postunda İrandan Azərbaycana piyada gələn Pakistan vətəndaşı Ahmad Kaleem Khan Ahmada məxsus çamadana piyada keçid xəttində olan "Heiman X-Ray" markalı rentgen yük yoxlama qurğusu vasitəsilə baxış keçirilərkən monitorda şübhəli cizgilər müşahidə olunub.

Ahmad Kaleem Khan Ahmad şifahi sorğu-sual zamanı ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirib. Lakin çamadanın yoxlanılması zamanı gömrükçülərin şübhələri və daxil olan əməliyyat məlumatı təsdiqini tapıb. Çamadanın alt divarı ilə astarının arasından, gömrük nəzarətindən gizlədilmiş - çemodanın alt divarına yapışqanlı lentlə bərkidilərək divar boyunca yerləşdirilmiş bir ədəd sellofan bağlamada, qablaşdırılması ilə birgə çəkisi 1 kiloqram 118 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 859

Oxşar yazılar