Anası tərəfindən işğəncəyə məruz qalan uşaq nəzarətə götürüldü - YENİLƏNİB
12 fevral 2020 16:52 (UTC +04:00)

Anası tərəfindən işğəncəyə məruz qalan uşaq nəzarətə götürüldü - YENİLƏNİB

0

Tərtərdə ananın azyaşlı övladına işgəncə verməsi ilə bağlı həmin ailə Ailə, Qadın və Uşaq Problemləri Komitəsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə APA-ya Komitədən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Tərtərin Azadqaraqoyunlu kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb. Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) maddəsilə cinayət işi başlanıb.

****

09:50

Tərtərdə ana azyaşlı övladına xəsarət yetirib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 9 yaşlı Telman Dünyamalızadənin bud, çanaq, qol və əl nahiyələrinə basıb.

Haidəs ilə bağlı uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7404

Oxşar yazılar