18 yaşlı gəncin telefonunu alan şəxs tutulub
03 fevral 2020 09:39 (UTC +04:00)

18 yaşlı gəncin telefonunu alan şəxs tutulub

0

Bakıda 18 yaşlı gəncə qarşı soyğunçuluq edilib. 

Lent.az xəbər verir ki, hadisə yanvarın 30-da Nərimanov rayonunda baş verib. Naməlum şəxs saat 16:50-də F.Yusifov küçəsində Bakı şəhər sakini, 18 yaşlı N.Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Xırdalan şəhər sakini, 23 yaşlı Elçin İbrahimov müəyyən edilərək tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1519

Oxşar yazılar