Bakı Metropolitenində nasazlıq
22 iyul 2009 15:00 (UTC +04:00)

Bakı Metropolitenində nasazlıq

0
Qatarların hərəkəti dayanıb

Bu gün səhər saat 09.50 radələrində metronun «Gənclik» stansiyasında tuneldə qatarın sıradan çıxması nəticəsində Bakı Metropolitenində qatarların hərəkəti 20 dəqiqəyə yaxın dayanıb.


Bu barədə «APA-ECONOMICS»ə Bakı Metropolitenindən məlumat verilib.


Qatarın hərəkəti saat 10:08-də bərpa olunub. Tuneldə qalmış qatar çıxarılandan sonra digər stansiyalarda hərəkət bərpa edilib.


Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov «APA-ECONOMICS»ə açıqlamasında «Gənclik» stansiyasında ikinci yolda qatarın xarab olması səbəbindən tuneldə dayandığını bildirib. E. Muradov 10-12 dəqiqə ərzində problemin aradan qaldırıldığını və hərəkətin bərpa edildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 714

Oxşar yazılar