Şəhər sakininə səhvən 6 kiloqram narkotik göndərildi
21 fevral 2024 23:21 (UTC +04:00)

Şəhər sakininə səhvən 6 kiloqram narkotik göndərildi

0

Fransanın Lyon şəhərinin sakininin başına qəribə iş gəlib.

Lent.az xəbər verir ki, axşam işdən qayıdan kişi poçt qutusunda böyük  bağlama olduğunu görür. O, bağlamanı evə gətirib açdıqda kərpic formasında 2 əşyaya rast gəlir və şübhələndiyi üçün polisə xəbər verir. 

Hadisə yerinə gələn polis bunun 6 kq çəkidə xalis həşiş qatranı olduğunu təsbit edir. Məlum olur ki, bağlama səhvən başqa ünvana gəlib. Lakin yükün haradan gəldiyi və hansı ünvana çatmalı olduğunu müəyyən etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4769

Oxşar yazılar