Qadın  yemək yarışında   boğulub öldü
13 oktyabr 2023 12:56 (UTC +04:00)

Qadın yemək yarışında boğulub öldü

0

İngiltərədə bir qadın əyləncəli zefir yemək yarışması zamanı ölüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə reqbi klubunun xeyriyyə tədbirində baş verib. Britaniyalı qadın əyləncəli zefir yemək yarışmasında iştirak etmək üçün səhnəyə dəvət olunub.

Qadın boğulana qədər zorla ağzına şirniyyat doldurub. O, elə səhnədə huşunu itirib. Tamaşaçılar yarışmaçını xilas etməyə çalışsalar da, hadisə yerinə gələn həkimlər onun öldüyünü bildiriblər.

Polis araşdırmaya başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3761

Oxşar yazılar