Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı
30 aprel 2024 05:11 (UTC +04:00)

Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı

0

İsveçin Visiniqso adasındakı tarixi Brahekirkan kilsəsində dəfinə tapılıb.

Lent.az xəbər verir ki, kilsəyə istilik sistemi quraşdırılmazdan əvvəl təftiş üçün əraziyə arxeoloqlar dəvət edilib. Onlar kilsə divarının yanında qazıntı zamanı 2 skelet aşkar ediblər. Skeletlərdən birinin ayaq tərəfində aşkar edilmiş dəfinədə 170 gümüş sikkə olub.

Numizmatik tədqiqatlar sikkələrin 1150-1180-ci illərdə zərb edildiyini aşkara çıxarıb. Onların ən maraqlı xüsusiyyəti brakteat, yəni bir üzünün hamar olmasıdır. Bu tip sikkələr Skandinaviya ölkələrində daha geniş yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3409

Oxşar yazılar