İstanbulda İsrail Konsulluğunun qarşısında silahlı İNSİDENT:  ölən və yaralananlar var - YENİLƏNİB  -VİDEO
07 aprel 2026 15:36 (UTC +04:00)

İstanbulda İsrail Konsulluğunun qarşısında silahlı İNSİDENT: ölən və yaralananlar var - YENİLƏNİB -VİDEO

0

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İsrailin baş konsulluğunun qarşısında baş verən qarşıdurma ilə bağlı yeni açıqlama verib.

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, nazirin sözlərinə görə, 3 terrorçunun şəxsiyyəti müəyyən edilib.

"İzmitdən icarəyə götürülmüş nəqliyyat vasitəsi ilə İstanbula gələn şəxslərdən birinin dindən sui-istifadə edən bir təşkilatla əlaqəsi olduğu və ikisi qardaş olan terrorçulardan birinin narkotik asılılığı olduğu müəyyən edilib".

Nazirlik öldürülən terrorçunun Yunus E. S., yaralanan qardaşların Onur Ç. və Enes Ç. olduğunu açıqlayıb.

***

14:48

Üç silahlı İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi “X”də bildirib.

O, hücum edən 3 nəfərin zərərsizləşdirildiyini, atışma zamanı iki polisin yüngül yaralandığını açıqlayıb.

Nazir hücumu edənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib: “İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”.

***

13:58

Türkiyənin İstanbul şəhərində İsrail konsulluğunun qarşısında silahlı insident olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şəhərin Beşiktaş məhəlləsində qeydə alınıb.

İnsidentlə bağlı çoxlu sayda polis əməkdaşı əraziyə cəlb olunub. Əməliyyat zamanı 3 şübhəlidən 2-si öldürülüb. Həmçinin 2 polis əməkdaşının da xəsarət aldığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 594

Oxşar yazılar